1 dekabr 2013 15:12
Pantiç buraxılan qola görə ispan müdafiəçini günahlandırdı
"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 15-ci turunda qarşılaşdıqları "İnter"ə məğlubiyyətə səbəb olan qola görə ispaniyalı müdafiəçi Ruben Qonzalesi ittiham edib. Azerisport.az saytına açıqlamasında serbiyalı mütəxəssis bunları söyləyib:
"Oyundan sonra Qonzales özü də səhvini etiraf etdi. Belə təcrübəli futbolçunun buraxdığı səhvlər komandaya baha başa gəlir. Qapıçının həmin epizodda heç bir günahı yox idi".
"Oyundan sonra Qonzales özü də səhvini etiraf etdi. Belə təcrübəli futbolçunun buraxdığı səhvlər komandaya baha başa gəlir. Qapıçının həmin epizodda heç bir günahı yox idi".
Qeyd edək ki, "Bakı" "İnter"ə Vaqif Cavadovun vurduğu yeganə qolla məğlub oldu.
