1 dekabr 2013 14:30

"Sumqayıtı çempionatdan çıxarmaq istədiyimi emosiyalı olduğum vaxt demişəm"

"Sumqayıt"ın prezidenti Kamran Quliyev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyunun baş hakimi Fariz Yusifovun idarəçiliyindən narazı qalıb. Azerisport.az saytına müsahibəsində o, 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:

"Hakim bu oyunu pis yox, bərbad idarə etdi. Bu, bizim belə aqibətlə üzləşdiyimiz ilk hal deyil. AZAL-la oyunda da eyni aqibətlə üzləşmişdik. Mən başa düşürəm ki, "Sumqayıt" çempionatın autsayderidi. Amma bu cür yüksək səviyyəli və təcrübəli hakim belə səhvlər buraxmamalıdı. Narazılığımız daha çox Erik Ramosun əllə oynadığı epizodda penalti verilməməsi ilə bağlıdı".

Onun sözlərinə görə, klub artıq AFFA Hakimlər Komitəsinə öz narazılığını çatdırıb: "Biz təxminən 10 epizodla bağlı videosüjet hazırlamışıq. Hansı ki, hakimlər həmin epizodlarda çox kobud səhvlərə yol veriblər. Bazar ertəsi bunu AFFA İntizam Komitəsinə təqdim edəcəyik. "Sumqayıt"da çalışdığım bu iki il yarım müddətində ikinci dəfədi ki, hakimlərin idarəçiliyindən bu dərəcədə narazı qalıram".
 
Quliyev onu da bəyan edib ki, onların bu narazılığının "Neftçi" ilə heç bir əlaqəsi yoxdu: "Neftçi" ilə bizim heç bir problemimiz yoxdu. Bu klubla çox yaxşı münasibətlərimiz var. Heç onların bizdə icarə əsasında çıxış edən 4 oyunçuya bu oyunda iştirak etməyə icazə verməmələrini də şərh etməyəcəm. Mənim yeganə narazılığım hakimlərin idarəçiliyi ilə bağlıdı".

Oyundan sonra Quliyev "Sumqayıt"ı çempionatdan çıxarmaq istəyini dilə gətirməsinə də münasibət bildirib: "Görünür, hakimlik məni o dərəcədə əsəbləşdirdiyi üçün belə davam edəcəyi halda "Sumqayıt"ı çempionatdan çıxaracağımı demişəm. Siz də məni düzgün başa düşün, nəticələrə görə klub prezidenti kimi məsuliyyət daşıyıram. Bu açıqlamam da emosiyalı olduğuma görə idi. Klubu çempionatdan çıxarmaq barədə qərar yoxdu".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.