1 dekabr 2013 13:57
Andrey Popoviçlə Usim Nduka baş məşqçisiz qaldı
Andrey Popoviçlə Usim Ndukanın çıxış etdiyi "Tavşalı Linyitspor" baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Kütahya təmsilçisinin baş məşqçisi Erol Tok istefa verib.
Baş məşqçi "Dənizlispor"a 1:2 hesabı ilə yenildikləri matçdan sonra belə qərara gəlib. Erol Tok qərarını komanda daxilində baş verənlərlə əlaqələndirib.
Qeyd edək ki, Usim Ndukanı mütəmadi olaraq oynadan baş məşqçi Andrey Popoviçə debüt şansı verməyib. Türkiyə mətbuatı onu bu səbəbdən tənqid edirdi.
