30 noyabr 2013 00:35
Özkara 23 dəqiqə oynadı, darmadağına üzüldü
Futbol üzrə Türkiyə Super Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası evdə “Antalyaspor”u qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sivasspor"un baş məşqçisi Roberto Karlos bu matçda millimizin üzvünə oynamaq şansı verib. Cihan 67-ci dəqiqədə Abdurrahman Derelinin yerinə meydana çıxıb və son 23 dəqiqədə oynayıb. Həmin vaxt "Antalyaspor" 2:0 hesabı ilə öndə olub. Lakin Özkara komandasına yardım edə bilməyib.
Qeyd edək ki, "Sivasspor" 13 turdan sonra 22 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Türkiyə Super Liqası
13-cü tur
29 noyabr
Sivasspor - Antalyaspor - 0:3
