30 noyabr 2013 11:29
Georgi Çixradze: Simurq Qarabağla oyuna ancaq qələbə üçün çıxacaq
"Simurq"un baş məşqçisi Georgi Çixradzenin azerisport.az saytına müsahibəsi
- "Qarabağ"la oyuna hazırlıq necə gedir?
- Əhval-ruhiyyə yaxşıdı. Bu oyuna doğma məkanda hazırlaşmışıq. Normal məşq etmişik.

- Doğma meydana qayıtmağınız komandanın oyununa təsir göstərə bilər?
- Ümid edirəm ki, təsir edəcək. Aydın məsələdi ki, doğma meydanda, azarkeşlərin dəstəyi altında oynamaqla başqa arenada çıxış etmək arasında böyük fərq var.

- Stadion yenidənqurmadan sonra nə dərəcədə dəyişib?
- Süni örtük indi daha yaxşı vəziyyətdədi. Stadion da kosmetik cəhətdən daha gözəl hala salınıb. İndi arenamız daha gözəlləşib. Burada oynamaq çox gözəl olacaq.

- Liderlə oyunda komandanızdan nə gözləmək olar?
- Nəyə qadir olduğumuzu matç göstərəcək. Belə bir komandaya qarşı oynamaq bizim üçün asan olmayacaq. Əminəm ki, ağdamlılar bu oyunda ancaq qələbəyə oynayacaqlar.

- Bəs "Simurq"?
- Şübhəsiz ki, biz də meydana qələbə üçün çıxacağıq. Bizə xallar lazımdı.

- "Simurq" "Rəvan"a qalib gələ bilməyən "Qarabağ"ı yenə bilər?
- Onların "Rəvan"la heç-heçəsi bizi aldatmamalıdı. Bu, futboldu, hər şey olur. Biz ən yaxşısına ümid edirik. 6-cı yer bizim üçün yaxşı nəticə sayıla bilməz. Amma bunun da müəyyən obyektiv səbəbləri var. Əvvəlki bütün oyunlarımızı səfərdə keçirmişik. Bu üzdən həmin oyunlara hazırlığımızda da müəyyən çətinliklərlə üzləşirdik. Heyətlə bağlı həddən artıq itkilərlə üzləşirdik. Ehtiyat oyunçular skamyamız da çox uzun deyil.

- Qışda bu problemi həll etməyi düşünürsüz?
- Komandanın güclənməsini həmişə istəyirik. Keyfiyyətli futbolçuların sayəsində bütün komandalarla rəqabət apara biləcək heyət qurmaq olar. Sadəcə, elələrini tapmaq lazımdı.