30 noyabr 2013 19:55
Vaqif Sadıqov: Komanda olduğumuzu bir daha göstərdik
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Xəzər Lənkəran"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“İkinci hissədə azlıqda qalsaq da, komanda xarakterini göstərdi. Komanda olduğumuzu bir daha göstərdik. Yolumuzu davam etdirəcəyik. 10-cu oyundu ki, qələbə qazana bilmirik. Ancaq tezliklə qələbəmiz olacaq və ardı gələcək. Heç vaxt hakimliklə bağlı problemim olmayıb, həmçinin bugünkü oyunda. Hakim də insandı, səhv edə bilər. İnanıram ki, heç bir oyunda hakim qərəzi olmayıb”.
