30 noyabr 2013 19:37
Qurban Qurbanov: Razı qaldım
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Simurq"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Çox qol imkanımız olsa da, heç birindən yararlana bilmədik. Komandadan, demək olar ki, razı qaldım. Son dəqiqəyə kimi mübarizə apardıq. Texniki səhvlərimiz də oldu. Stadionun yeni olması da oyunumuza təsir etdi”.
