30 noyabr 2013 19:34
Çixradze Qarabağla heç-heçəni şərh etdi
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, zaqatalalıların çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Çox maraqlı oyun izlədik. Həm bizim, həm də rəqib komandanın qol imkanları oldu. Lakin tərəflərdən heç biri fərqlənə bilmədi”.
