30 noyabr 2013 19:28
Aqil Məmmədov: Baş hakim penaltimizi vermədi
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Maraqlı oyun oldu. “Neftçi” həmişə çempionluğa oynayan komandadı. Biz də bu gün yaxşı oynadıq, komandadan razı qaldım. Fikrimcə, “Neftçi”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunmalı idi. Yan xətt hakimi də bayrağını qaldırdı, lakin baş hakim penalti vermədi”.
