30 noyabr 2013 17:44
Milinko Pantiç: Nəticə oyuna görə deyil
"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Gördüyünüz oyundan sonra bu barədə danışmaq çətindi. Bütün oyunboyu topa nəzarət bizim tərəfimizdə idi. Amma rəqib qol epizodu yaradan kimi, istifadə etdi. Penaltini dəyərləndirə bilmədik. Üstəlik, qapı tiri qonaqları qoldan xilas etdi. "İnter"i təbrik edirəm. Amma nəticə oyuna görə deyil".
