30 noyabr 2013 17:26
Sxadadze xəstəxanalıq oldu
Topaz Premyer Liqasının 15-cü turu çərçivəsində baş tutan "Bakı" - "İnter" oyununda qonaq komandanın hücumçusu Baçana Sxadadze ciddi zədə alıb. Azerisport.az xəbər verir ki, o, rəqib futbolçu Ettoyla toqquşma zamanı yerə yıxılıb, hüşünü itirib.
İlkin diaqnoza görə, onun beyni silkələnib. Lakin son xəbərlərə görə gürcü forvardın sadəcə çənəsi sınıb.
Futbolçunu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar.
