1 dekabr 2013 00:35
Branimir Subaşiçli Orduspor məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klublu da növbəti matçına çıxıb.
Ordu təmsilçisi evdə “Balıkəsirspor"la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Subaşiçin komandasının məğlubiyyəti ilə başa çatıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Millimizin forvardı 90 dəqiqə meydanda olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 29 xal toplayıb və 1-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
15-ci tur
30 noyabr
Orduspor - Balıkəsirspor - 0:1
