30 noyabr 2013 17:55
Saşa Nduka ilə Popoviçə qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Saşa Yunisoğlunun çıxış etdiyi “Dənizlispor” və yığmamızın sabiq üzvü Usim Nduka ilə Andrey Popoviçin komandası “Tavşanlı Linyitspor” klubları da bu gün növbəti matçına çıxıb.
Futbolçularımızın komandaları bir-biri ilə üz-üzə gəlib. Qarşılaşma Saşanın komandasının çətin səfər qələbəsi ilə başa çatıb.
Həmyerlilərimizin bu oyunda meydana çıxıb-çıxmayacaqları maraqla gözlənilirdi. Təəssüf ki, Popoviç bu görüşün iştirak ərizəsinə salınmayıb. Nduka meydana start heyətdə çıxsa da, 75-ci dəqiqədə əvəzlənib. Saşa isə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” geridə qalan turlarda 9 xal toplayıb və hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. “Dənizlispor” isə 18 xalla 10-cudu.
Türkiyə PTT Birinci Liqası
15-ci tur
30 noyabr
Tavşanlı Linyitspor - Dənizlispor - 1:2
