29 noyabr 2013 12:25
Qəbələnin müdafiəçisi əməliyyat edildi
Məşq zamanı zədə alan və dizində menisk yırtığı əmələ gələn Omar Kalabane, İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub. Travmatoloq-cərrah professor Ömer Taşer tərəfindən aparılmış əməliyyat uğurla sona çatıb. Futbolçu sabah ölkəmizə dönəcək. Kalabanenin 3 həftə sonra yaşıl meydanlara dönməsi gözlənilir.
(Klub saytı)
