29 noyabr 2013 00:15

Topaz Premyer Liqasında 15-ci tur həyacanı

Bu gün Topaz Premyer Liqasında 15-ci tura start veriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan kubokunun 1/8 final mərhələsi ərəfəsində baş tutacaq turun matçları 2 gün davam edəcək.
 
Turun açılış matçında üz-üzə gələcək "Rəvan"la "Qəbələ" 6-cı dəfə qarşılaşacaq. Əvvəlki 5 matçda 20 qol vuran komandaların duellərində “Qəbələ”nin üstünlüyü var. Bölgə təmsilçisi 3, paytaxt klubu isə 2 qələbəyə malikdi. Bir sözlə, bu klublar sülh tanımırlar. Topların fərqində də "Qəbələ" öndədi - 13:7. Bakılılar öz meydanında xala həsrətdi. Şahin Diniyevin yetirmələri həm bu uğursuz sindroma son qoymağa çalışacaq, həm də yeni baş məşqçinin rəhbərliyi altında ilk qələbə sevincini yaşamaq üçün mübarizə aparacaq. "Qəbələ" isə liderlərdən aralanmamaq üçün mütləq qalib gəlməlidi. İlk dövrədəki oyunda "Qəbələ"nin öz meydanında 3:0 hesablı qələbəyə sevindiyini də xatırladaq.

Turun qalan dörd görüşü şənbə gününə təsadüf edəcək. Öncə meydana iki paytaxt klubu - “Bakı” və “İnter” çıxacaq. 36-cı paytaxt derbisi öncəsi “İnter” qələbə, “Bakı” top fərqində üstünlüyə malikdi. "Bankirlər" bu rəqibinə 14 dəfə qalib gəldiyi halda, 13 dəfə uduzub. Daha 8 görüşdə isə heç-heçə qeydə alınıb. Topların fərqində isə "Bakı" minimal fərqlə üstünlüyə malikdi - 30:29. Son 7 oyunda uduzmayan “İnter” ardıcıl 3 matçdı ki, rəqibinin qapısına 2 qol vurur. “Bakı” isə son 3 ev oyununda qalib gələ bilməyib. İndi Milinko Pantiçin komandası uğursuz sindroma "dur" deməyə çalışacaq. Amma "İnter" də son turlarda özünə gəlməyə başlayıb və azarkeşlərin maraqlı derbiyə şahidlik edəcəyi şübhəsizdi. İlk dövrədə bu komandalar "Şəfa" stadionda 2:2 hesablı heç-heçəyə razılaşmışdılar.
 
"Bakı"ya darmadağından sonra baş məşqçisi Con Toşakla yollarını ayıran və hazırda Emin Quliyevin ümidinə qalan "Xəzər Lənkəran” bu tur doğma meydanda AZAL-la üz-üzə gələcək. Ötən tur məğlub olan rəqiblər artıq 22-ci dəfə üz-üzə gələcək. “Xəzər Lənkəran” bu matçlarda böyük üstünlüyə malikdi - 13 qələbə. Lakin cənublular son 2 ev oyununda qalib gələ bilməyib. Paytaxt təmsilçisi isə son 4 qarşılaşmada meydanı qolsuz tərk etmir. Əvvəlki qarşılaşmaların 4-də heç-heçəyə razılaşan AZAL 4 dəfə qələbə qazandığı bu rəqibi ilə ilk dövrədəki oyunda 1:3 hesablı yenilgiyə üzülmüşdü. İndi Vaqif Sadıqovun yetirmələri rəqib düşərgədə psixoloji durumun yaxşı olmamasından yararlanıb həmin məğlubiyyətin qisasını ala bilər. Baxmayaraq ki, uzun müddətdi qələbə qazana bilməyən "təyyarəçilər"in çətin səfərdə buna nail olmaq şansları o qədər də yüksək qiymətləndirilmir. Maraq üçün bildirək ki, "Xəzər Lənkəran" əvvəlki qarşılaşmalarda vurduğu topların sayına görə də AZAL-dan xeyli üstündü - 28:13. 
 
Turun daha bir maraqlı görüşü Zaqatalada baş tutacaq. Burada “Simurq” lider “Qarabağ”ı sınağa çəkəcək. Uzun müddət idi doğma stadiondan ayrı düşən "Simurq" arenadakı yenidənqurma işlərindən sonra doğma meydanında debüt matçına çıxacaq. “Qarabağ” son 3 matçda qol vura bilmədiyi rəqiblə 18-ci dəfə qarşılaşacaq. Eyni sayda qələbəsi (5) olan rəqiblərin duellərində “Simurq” yalnız top fərqində öndədi - 14:12. Daha 7 qarşılaşmada isə tərəflər 1 xala razılaşıblar. Rəqiblərin son 6 oyununda qonaq olan komanda qalib gələ bilmir. Ağdam klubu zirvədəki mövqeyini qorumaq üçün çətin səfərdən mütləq qələbə ilə qayıtmağa çalışacaq. "Simurq" isə liderlər qrupuna yaxınlaşmaq üçün doğma azarkeşlərinin dəstəyi sayəsində 3 xal qazanmağa borcludu. Bu komandaların ilk dövrədəki görüşündə hesab açılmamışdı.
 
Liderin əsas izləyicisi "Neftçi" isə bu tur autsayder “Sumqayıt”ın qonağı olacaq. Paytaxt klubu 6-cı dəfə qarşılaşacağı “Sumqayıt”la oyunlarda üstünlüyə malikdi. Bu komanda 3 qələbə qazandığı halda, 1 görüşdə sülhə razılaşıb, daha bir matçda da məğlubiyyətlə üzləşib. Əvvəlki 5 matçda ümumilikdə 21 qol vurulub. Onların 17-si "Neftçi"nin, 4-ü isə "Sumqayıt"ın aktivindədi. Lakin həm məhsuldarlıq, həm də bakılıların üstünlüyü paytaxtda baş tutan görüşlərlə bağlıdı. “Ağ-qaralar” əvvəlki ev oyunlarında böyükhesablı qələbələr qazanıb. Lider "Qarabağ"ın daha da uzaqlaşmaması üçün "Neftçi" sonuncu pillədə qərarlaşan rəqibini məğlub etməyə borcludu. Ağdam klubu xal itirəcəyi halda Nazim Süleymanovun komandası zirvəni də ələ keçirə bilərlər. Aqil Məmmədovun komandası isə uğursuz gedişata son qoymaq üçün mübarizə aparacaq. Maraq üçün bildirək ki, "Sumqayıt" ilk dövrədə "Neftçi"ni büdrədə bilmişdi - 0:0.
 
Topaz Premyer Liqası
15-ci tur
29 noyabr (cümə)
 
19:00. Rəvan – Qəbələ
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Nahid Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. "Bayıl Arena".
 
30 noyabr (şənbə)
 
14:00. Bakı – İnter
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
17:00. Xəzər Lənkəran – AZAL
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.
 
17:00. Simurq – Qarabağ
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, İnqilab Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Zaqatala şəhər stadionu.
 
17:00. Sumqayıt – Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Coşqun Həsənov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Rövşən Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
 
1 Qarabağ 14 8 5 1 25 8 +17 29
2 Neftçi 14 8 4 2 21 12 +9 28
3 Qəbələ 14 8 2 4 21 13 +8 26
4 Bakı 14 6 3 5 25 16 +9 21
5 İnter 14 6 2 6 24 19 +5 20
6 Simurq 14 4 6 4 12 12 0 18
7 AZAL 14 4 5 5 12 17 –5 17
8 XL 14 3 5 6 10 20 –10 14
9 Rəvan 14 1 6 7 8 25 –17 9
10 Sumqayıt 14 1 4 9 6 22 –16 7
 
Bombardirlər:
7 - Vaqif Cavadov (İnter)
6 - Əfran İsmayılov (Bakı)
6 - Mindauqas Kalonas (Bakı)
5 - Reynaldo (Qarabağ)
5 - Baçana Sxadadze (İnter)
5 - Bahodir Nasimov (Neftçi)
5 - Nikolas Gelaşvili (Qarabağ)
5 - Leonardo da Silva (Qəbələ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.