29 noyabr 2013 12:05
Mil-Muğan - Qəbələ oyununun keçirilmə yeri dəyişdirildi
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan” - “Qəbələ” oyununun keçirilmə yeri dəyişdirilmişdir. Azerisport.az xəbər verir ki, “Mil-Muğan” klubunun Peşəkar Futbol Liqasına ünvanladığı məktubunda İmişli şəhər stadionunun ot örtüyünün bu oyunu keçirmək üçün yararsız vəziyyətdə olduğu bildirilir.
“Qəbələ” klubunun da razılıq məktubunu nəzərə alaraq “Mil-Muğan” - “Qəbələ” oyunu Qəbələ şəhər stadionunda keçiriləcək.
(PFL)
