29 noyabr 2013 12:00
Dənizli Mənsimovun intizarındadır
“Xəzər Lənkəran” və Mustafa Dənizli arasında müqavilənin rəsmiləşməsi uzanır. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb “gəmiqayıranlar”ın fəxri prezidenti Mübariz Mənsimovun məşğul olmasıdır.
Yaxın günlərdə tərəflər yekun danışıqlar üçün görüşməlidir.
Xatırladaq ki, futbol üzrə Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində AZAL-a qrşı keçiriləcək oyuna cənublular meydana Emin Quliyevin rəhbərliyi çıxacaqlar.
