29 noyabr 2013 21:15
Yuri Syomin: İkinci hissədə daha aşağı səviyyədə oynadıq
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Rəvan"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, qəbələlilərin rusiyalı çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“İlk hissədə göstərdiyimiz oyundan və alınan nəticədən razı qaldım. Dinamik oyun göstərdik, yaxşı qol epizodlarımız oldu. İkinci hissədə daha aşağı səviyyədə oynadıq, topa daha çox nəzarət etdik. Ötürmələrdə tələsirdik, bəzən oyunçular uzun ötürmələr verilən mövqelərdə olmurdular, buna görə də çoxlu top itirdik. Dodo öz mövqeyində əla oynayır, rəqibdən çoxlu top aldı. Assis çoxdandı ki, əsas heyətdə yer almırdı. Fiziki cəhətdən hazırlıqsız olması oyunda özünü göstərdi”.
