29 noyabr 2013 21:09
"Komandam son turların ən yaxşı oyununu göstərdi"
"Rəvan"ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "aslanlar"ın çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Həm sürətli, həm də aqressiv futbol izlədik. Fikrimcə, komandam son turların ən yaxşı oyununu göstərdi. Heyətimizdə oyunun gedişini dəyişəcək oyunçu yoxdu. Kamananın yüksək ustalıq səviyyəsi oyunun taleyini həll etdi. Hakimlik də yüksək səviyyədə idi. Yuri Syominlə aramızda mübahisə olmadı. Sadəcə bildirdim ki, oyunda hakim var, o, hər şeyi görür, bizim müdaxilə etməyimiz düzgün deyil”.
