29 noyabr 2013 18:18

UEFA Sərhədçiyə üstünlük verdi

UEFA təmsilçiləri futzal üzrə UEFA Kubokunun Dördlər finalını keçirmək üçün baxış keçirdikləri “Sərhədçi” idman-konsert kompleksindən razı qalıblar. Azersiport.az xəbər verir ki, nümayəndələr həm də “Crystal Hall” kompleksinə də baş çəkiblər.
 
Ancaq rəyasət heyətinin fikrincə, “Crystal Hall” futzal görüşlərinin keçirilməsi üçün nisbətən böyükdür. Tribunaların meydandan uzaqlığı həlledici amil kimi qabardılıb. Bu, üstünlüyün “Sərhədçi” kompleksinə verilməsində əsas məqam olub.
 
“Sərhədçi”nin tamaşaçı tutumunun standartlardan azca geri qalmasına rəğmən, UEFA nümayəndələri kompleksi əlavə oturacaqlarla təmin etmək məsləhətini verib. Müvafiq yarışların keçirilməsi üçün kompleksin infrastrukturundan çox razı qalan rəyasət heyəti, futzal komitəsinə təqdim etmək üçün bir neçə fotoşəkil çəkib.
 
 “Mən hesab edirəm ki, bizim şanslarımız kifayət qədər böyükdür”, deyə milli futzal federasiyasının rəhbəri Zaur Axundov azerisport.az müxbirinə bildirib. “Biz bu yarışı yüksək səviyyədə keçirə bilərik. Düzdür, iki il qabaq final mərhələsini qəbul etmiş Barselona qismində ciddi rəqiblərimiz var. Almatıda həlledici görüşlər üç il qabaq keçirilib”.
 
Xatırladaq ki, futzal üzrə UEFA Kubokunun Dördlər finalını keçiriləcəyi yer haqda yekun qərar dekabrın 12-də qəbul ediləcək. Dördlər finalında Azərbaycan təmsilçisi “Araz”ın rəqibləri “Barselona” (İspaniya), Kayrat (Qazaxıstan) və “Dinamo” (Moskva, Rusiya) olacaq. Görüşlər isə 2014-cü ilin aprel ayında baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.