29 noyabr 2013 17:44
Milinko Pantiç: Mən "İnter"ə hörmətlə yanaşıram
Futbol üzrə Topaz Premyer Liqasının 15-ci turunun oyunu çərçivəsində “Bakı” doğma meydanda “İnter”i qəbul edəcək. Azerisport.az xəbər verir ki, oyunqabağı son məşqini keçirən “Bakı”nın baş məşqçisi Milinko Pantiç, Bakı derbisi barədə fikirlərini açıqlayıb:
“Mənə elə gəlir ki, bu, ilin ən çətin oyunu olacaq. “İnter” fərqli sistemlə çıxış edən, özünəməxsus üslubu olan çətin komandadır.
Oyunlarına baxanda bütün mövqelərin “işlədiyini” görmək olar. Üstəlik, qol imkanlarından səmərəli istifadə edə bilirlər.
Mən bu komandaya hörmətlə yanaşıram. Onlar indi yüksəlişdədir.
Baxmayaraq ki, çempionatın əvvəlində rəqib aşağı pillələrdə qərar tuturdu, indi “İnter”in tədricən üst mövqelərə qalxması, onların həqiqətən də güclü olduğunu göstərir”.