29 noyabr 2013 17:11
Araz Naxçıvan lider mövqeyini möhkəmləndirdi
Futbol üzrə Azərbaycan 1-ci Divizionunda 12-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Araz Naxçıvan” səfərdə “Energetik” klubunu 4:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Naxçıvan təmsilçisi turnir cədvəlində lider mövqeyini möhkəmləndirib.
Turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.
1-ci Divizion, 12-ci tur
29 noyabr (Cümə)
Energetik - Araz Naxçıvan - 1:4
Qollar: Mübariz Abbasov, 67-pen - David Janalidze, 15-pen, 52, Rəhman Musayev, 72, Emin İmaməliyev, 83.
