29 noyabr 2013 16:05
Qarabağ Zaqatalada axşam məşqi keçirməyəcək
“Qarabağ” futbol üzrə Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Simurq”la qarşılaşmaq üçün Zaqatalaya yola düşüb. Azerisport.az xəbər verir ki, beş saata qədər çəkən səfər marşrutunu nəzərə almış “atçılar”ın baş məşqçi Qurban Qurbanov, komandasının axşam məşqini keçirməmək qərarına gəlib.
Təxirə salınmış oyunqabağı məşq, sabah səhər Zaqatala şəhər stadionunda keçiriləcək.
Xatırladaq ki, zədəsini sağaltmaqla məşğul olan ağdamlıların müdafiəçisi Admir Teli hazırlıq prosesində iştirak etməyəcək.
