29 noyabr 2013 15:33
Taşkın İlter: Foqts Bişkekdə oyunqabağı məndə əminlik yaratdı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Taşkın İlter özünün millidə debütü haqda danışmaqla yanaşı, Berti Foqtsa münasibətləri və gələcək planları haqda danışıb.
Azərbaycan yığmasının Bişkekdə Qırğızıstan yığmasına qarşı oyunu (0:0) parlaq, yaddaqalan olmasa da, Taşkın İlterin yaddaşında yəqin ki, uzun müddət qalacaq. Axı məhz bu oyunda Braunşveyq “Ayntraxt”ının yarımmüdafiəçisi millidə debüt edib. Dübütdən iki gün əvvəl isə, Tallində Estoniya yığmasına qarşı oyunda (1:2) İlter ehtiyat oyunçular skamyasında oturmuşdu.
“Bişkekdəki oyun ərəfəsində çox əsəbi idim. Ancaq məşqçi məndə əminlik yaratdı”, deyə İlter sözə başlayıb.
Onun sözlərinə görə, Berti Foqtsla işləmək kifayət qədər rahatdır: “Mən onun oyun və məşqçi uğurları haqda bilirdim. Bundan başqa, mən onunla almanca ünsiyyət qura bilirəm ki, bu, çox rahatdır. Meydanda Foqts oyunçuların əksəri ilə ingiliscə danışır. Fərdi söhbətlər üçün isə, heyət tərcüməçisinin köməyindən istifadə edir”, deyə İlter davam edib.
Üç yaşından yeddi yaşına qədər İlter Türkiyədə yaşayıb. O, həmin günləri belə xatırlayır: “Kəndimizdə tez-tez futbol oynayardım. Qapı dirəklərini zibil qutularından düzəldərdik. Berlinə qayıdanda isə mən öz futbol karyera başladım - “Tasmaniya”, “Herta”, “Herat Zelendorf”, “Türkiyəmspor”.
Keçən qış İlter Braunşveyq “Ayntraxt”ında baxşıda oldu və məşqçiləri öz gərəkliyinə əmin etdi. Yarım ildən sora isə o, iki illik müqavilə imzalayaraq, klubun gənclərdən ibarət komandasına (U-23) düşdü. “Ancaq əvvəlcə, mən Regionalliqada kifayət qədər çoxlu oyun keçirmək istəyirəm”, deyə İltər bəyan edib.
Bu il İlter tez-tez Azərbaycanın gənclərdən ibarət yığmasında oynayıb. O, ilk dəfə azərbaycanlı məşqçilərin diqqətini necə cəlb etdiyini də danışıb: “”Türkiyəmspor”un yeniyetmələr komandasının heyətində U-19-a qarşı oynayarkən, mənə Azərbaycan yığmasından göz yetirmişdilər. Məhz burada da mənə ilk dəfə diqqət yetirdilər”.
