29 noyabr 2013 02:27
"Məğlubiyyəti qənaətbəxş hesab edirəm"
19 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Patrisiya Qonsales fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:1 hesabıyla məğlub olduğu görüşü belə şərh edib:
“Hər iki oyunda qeydə alınan nəticələri qənaətbəxş hesab edirəm. Yeni komanda formalaşdırmışıq. İki oyunda bir qol vurduq. Əslində, oyunlar hesaba görə olmadı. Türkiyə millisi həm fiziki, həm də texniki cəhətdən bizdən üstün idi. Bildiyiniz kimi, bizdə U-19 liqası yeni yaradılıb. Buna görə futbolçuların fiziki hazırlığı yüksək səviyyədə deyil. Bizim heyətimiz əsasən 1996-97-ci il təvəllüdlü futbolçulardan qurulub. Türkiyə yığması isə elit-raunda hazırlaşdığından heyətində 1995-ci il təvəllüdlü futbolçular vardı”.
