29 noyabr 2013 02:16
Türkiyə millisinin baş məşqçisi: Azərbaycan yığmasını bəyəndim
19 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra rəqib komandanın baş məşqçisi Talat Tuncel fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesabıyla qalib gəldiyi görüşü belə şərh edib:
“Azərbaycanda olmaqdan böyük məmnunluq hissi duyuruq. Yüksək səviyyədə qonaqpərvərliyə görə təşəkkür edirik.
İlk oyunda başabaş mübarizə getdi. İkinci qarşılaşmada isə mübarizə əsasən meydanın rəqibə aid hissəsində keçdi. Qol vurmaqda çətinlik çəkirik. Sonda standart vəziyyətdən fərqləndik. Aprel ayında Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacğımız üçün yaşca böyük futbolçuların xidmətindən yararlanmağa məcbur olduq.
Bu oyunlar hər iki komanda üçün yaxşı hazırlıq idi. Azərbaycan yığmasını bəyəndim. Azərbaycan və Türkiyə qadın futbolunda inkişafda olan ölkələrdi”.
