28 noyabr 2013 00:36
Rəvan Qəbələ ilə oyunun hazırlıqlarını davam etdirir
"Rəvan” Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, komanda cümə günü "Bayıl Arena”da baş tutuacaq görüşə hazırlığı davam etdirir.
Adıçəkilən stadionda gündə 1 dəfə olmaqla məşq edən "aslanlar” Kristian Torresin ümümi qrupa qoşulmasına sevinir. Dizindəki zədəni sağaldan argentinalının "Qəbələ” ilə matçda iştirak edib-etməyəcəyi oyun günü baş məşqçinin qərarına əsasən müəyyənləşəcək.
Baş məşqçi Şahin Diniyev futbolçularına taktiki-texniki hazırlıq keçməklə yanaşı, ayrı-ayrı oyun komponentlərində keyfiyyətin yüksəldilməsinə də xüsusi diqqət ayırıb. (klub saytı)
