28 noyabr 2013 12:33
U-17-nin rəqibləri məlum oldu
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə yeniyetmələrdən ibarət (U-17) komandalar arasında Avropa çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması 10-cu qrupda Belçika, İsveçrə və Bosniya və Herseqovina komandaları ilə üzləşəcək.
13 qrupdan ən yaxşı 2 komanda və 5 ən yaxşı üçüncü komanda, 2015-ci ilin yazında elit raundda mübarizə aparacaq. 32 komandadan 15-i Bolqarıstanda keçiriləcək Avropa birinciliyinə vəsiqə əldə edəcək.
