28 noyabr 2013 12:00
Arif İsayev Vətənə döndü
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Arif İsayev “Dənizlispor”un düşərgəsini tərk edib. Azerisport.az xəbər verir ki, dünən İsayev transfer vərəqəsini alaraq Vətənə qayıdıb.
Xatırladaq ki, futbolçunun zədə səbəbi ilə tərəflər arasında müqaviləyə qarşılıqlı surətdə xitam verilmişdi.
