28 noyabr 2013 10:44
Dənizlisporun baş məşqçisi: İsayevlə işləmək istəyirdik...
“Dənizlispor”un baş məşqçisi Yusuf Şimşek Arif İsayevin komandadan getməsinə təəssüfləndiyini bildirib. Azerisport.az xəbər verir ki, mütəxəssis bunları söyləyib:
“Biz Arif İsayev və Bayram Fetai ilə işləməyi çox istəyirdik. Ancaq onların zədələri bizi futbolçularla vidalaşmağa məcbur etdi”.
