28 noyabr 2013 21:30
Şahin Diniyev: Rəvan Qəbələ ilə oyunun favoriti deyil
"Rəvan"ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 15-ci turunda qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində "aslanlar"ın çalışdırıcısı bunları söyləyib:
"Bizim üçün indi hər qarşılaşma sonuncu oyun kimidi. Premyer Liqanın liderlərindən biri ilə görüş çox çətin olacaq. Turnir cədvəlindəki mövqelərimiz arasında böyük fərq var. Amma layiqli mübarizə aparmağa çalışacağıq. İndidən rəqibi məğlub etməyə çalışacağıq kimi açıqlamalar vermək fikrimiz yoxdu. İndi elə bir durumdayıq ki, hər bir rəqibimizdən alınan xal bizim üçün mühüm əhəmiyyət kəsb edir. Yüngül formada desək, biz bu görüşün favoriti deyilik".