28 noyabr 2013 21:26
Pit Xəzər Lənkəranın əsas heyətinə döndü
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 15-ci turunun AZAL-la oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komanda hazırda Emin Quliyevin rəhbərliyi altında məşq edir.
Bu arada Con Toşakın dövründə əsas komandadan uzaqlaşdırılan Adrian Pit də geri qaytarılıb. Əvəzedici komandada oynayan rumıniyalı yarımmüdafiəçi AZAL-la oyuna hazırlıq prosesində yaxından iştirak edir. Amma onun bu görüşdə forma geyib-geyməyəcəyi hələlik bilinmir.
