28 noyabr 2013 18:29
Azərbaycan Türkiyəyə bu dəfə məğlub oldu
Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, "Bayıl Arena"da keçirilən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
Uzun müddət qapıların toxunulmaz qaldığı qarşılaşmanın 87-ci dəqiqəsində qonaq futbolçuların vurduğu yeganə qol qələbə üçün yetərli olub - 1:0.
Xatırladaq ki, bu komandalar noyabrın 26-da da qarşılaşmışdı və oyun 1:1 hesabı ilə başa çatmışdı.
