28 noyabr 2013 17:12
Dənizlispor Arif İsayevi Vurğun Hüseynovla əvəzləyir
Türkiyənin "Dənizlispor" klubu futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Vurğun Hüseynovu heyətinə qata bilər. Azerisport.az xəbər verir ki, "xoruzlar" xeyli müddətdi futbolçumuzla maraqlanırlar.
Türkiyə klubu hələ yayda da Hüseynovu heyətinə qatmaq istəmişdi. Amma Vurğunun "Sumqayıt"la müqavilə bağlaması buna mane olmuşdu. Bu qış fasiləsi zamanı PTT 1-ci Liqa klubu yenə Hüseynova təklif ünvanlayacaq. Lakin "Sumqayıt"ın futbolçusunu buraxıb-buraxmayacağı bilinmir.
Qeyd edək ki, "Dənizlispor"da Saşa Yunisoğlu da çıxış edir. Arif İsayev isə yenicə bu klubdan uzaqlaşdırılıb.
