28 noyabr 2013 16:40
Rəvan Qəbələ ilə matça hazırdı
"Rəvan” Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ”ni qəbul edəcək. Azerisport.az xəbər verir ki, sabah keçiriləcək oyun öncəsi komanda son məşqini edib və bu görüşə hazırlığı bitirib.
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan məşq "Bayıl Arena”da keçirilib. Futbolçular isinmə hərəkətlərindən sonra yüngül məşqlə kifayətlənib. Yetirmələrini dar sahədə ötürmələr üzərində çalışdırdıqdan sonra baş məşqçi ənənəvi "kvadratlar”a və qapıya zərbələrə də vaxt ayırıb.
Qeyd edək ki, "Rəvan” - "Qəbələ” oyunu sabah saat 19:00-da başlayacaq. "Bayıl” stadionunda keçiriləcək qarşılaşma "İdmaz Azərbaycan” telekanalı vasitəsi ilə də canlı yayımlanacaq.
