28 noyabr 2013 16:33

Arif İsayev: Dənizlispor qarşısında şərt qoydum

Azərbaycan yığmasının və “Dənizlispor”un keçmiş yarımmüdafiəçisi Arif İsayev azerisport.az saytına müsahibəsində komandasını tərk etməsi və müalicəsi haqda danışıb.
 
- Klub aldığınız ağır zədədən sonra sizinlə vidalaşmaq qərarına gəldi.
- Yox, əslində hər şey fərqlidir. Zədəmin müalicəsi növbəti ilin yayına qədər uzanacaq. Orada qalmaqda lüzum görmürəm. Klub rəhbərliyi ilə görüşüb məni azad etmələrini xahiş etdim.
 
- Və onlar sizi sadəcə belə buraxdılar?
- Bəs onlara nə etmək qalırdı? Onsuz da bu mövsüm onlara kömək edə bilməyəcək idim. Evdə müalicəm yaxşıdır.
 
- Bəs maliyyə tərəfi barədə necə razılığa gəldiniz?
- Onlar mənə müqavilə üzrə mənə çatacaq məbləğin yarısını verdilər. Sonra müqaviləyə qarşılıqlı xitam verib sülhlə ayrıldıq. Qeyd edim ki, buna mən yan aldım. Klub mənimlə müqaviləni pozmağa hazırlaşmırdı və edə də bilməzdi. Çünki, müqavilə mövsümün sonun qədər nəzərdə tutulmuşdu.
 
- Klubda futbolçulara əməkhaqqının beş aydır verilmədiyini nəzərə alsaq, onlardan pul almağa necə müyəssər oldunuz?
- Gedişimin səbəblərindən biri bu oldu. Artıq konkret maliyyə çətinlikləri yaşayırdım. Mən onlar qarşısında şərt qoydum ki, mənə düşən məbləğin ödəniləcəyi təqdirdə getməyə hazıram. Axı ola bilər ki, qışda daha bir azərbaycanlını dəvət etsinlər. Beləliklə mən, onlara yeni kvota açıram.
 
- Onlar sizə nə qədər ödəniş edib?
- Təqvim ilinin sonuna qədər almalı olduğum məbləğin 80%-ni mənə veriblər.
 
- “Dənizlispor”la birdəfəlik ayrıldınız?
- Onlar mənə dedilər ki, gələn il mənimlə yenidən əməkdaşlıq etməkdən imtina etməzlər. Yusuf Şimşek dedi ki, məni komandada görmək istəyir.
 
- Müalicəniz necə keçir?
- Həkimlər cərrahiyyə əməliyyatına tələsməməyi məsləhət görüblər. Hələlik iynə-dərmanla müalicə alacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.