28 noyabr 2013 15:33
Arif Əsədov: Erməni azarkeş Cavid Hüseynovu vurdu, oyun 25 dəqiqə dayandı
Futbol üzrə gənclərdən ibarət (U-19) Azərbaycan yığmasının keçmiş baş məşqçisi Arif Əsədov, Ermənistan yığmasına qarşı Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində yeddi il əvvəl keçirilmiş oyunu xatırlayıb.
“2006-cı ildə Kiprdə ermənilərlə qarşılaşdıq. Prinsipial oyun idi. Oyunun gedişində geridə olsaq da, iki qol vuruq qələbə qazandıq. Oyun vaxtı yenə ermənilər tərəfindən fitnəkarlıq nəticəsində dava düşdü. Azarkeşlərdən biri meydana qaçıb Cavid Hüseynovu vurdu. Mənim uşaqlarım (futbolçular - qeyd) bunu əlbəttə, cavabsız qoymadılar və oyun 25 dəqiqə dayandı. Yalnız polis müdaxiləsindən sonra oyunu davam etdirmək mümkün oldu”.
