28 noyabr 2013 14:11
U-19 Macarıstanda mübarizə aparacaq
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə gənclərdən ibarət (U-19) komandalar arasında Avropa çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması qrupda Slovakiya, Macarıstan və Ermənistan komandaları ilə birgə yer alıb.
Qrup oyunları 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək.
