28 noyabr 2013 14:00
U-17 Belçikada oynayacaq
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə yeniyetmələrdən ibarət (U-17) komandalar arasında Avropa çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması 10-cu qrupda Belçika, İsveçrə, Bosniya və Herseqovina komandaları ilə üzləşəcək.
Qrup oyunları 2014-cü il oktyabrın 23-dən 28-dək Belçikada keçiriləcək.
