28 noyabr 2013 13:44
U-19-un rəqibləri məlum oldu
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə gənclərdən ibarət (U-19) komandalar arasında Avropa çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması qrupda Slovakiya, Macarıstan və Ermənistan komandaları ilə birgə yer alıb.
Nizamnaməyə əsasən, Azərbaycan və Ermənistan komandaları bir qrupda yer alarsa, komandalar başqa qruplara salınacaq.
Mini-yarışın meydan sahibi püşkdən sonra təyin olunacaq.
Hər qrupdan ən yaxşı 2 komanda və öz qrup liderləri ilə oyunlarda ən yaxşı nəticə göstərmiş 1 ən yaxşı üçüncü komanda, 2015-ci ilin yazında elit raundda İspaniya ilə birgə çempionluq uğrunda mübarizə aparacaq.
