28 noyabr 2013 13:33

Vurğun Hüseynov: Qışa qədər Sumqayıtda oynayacağam

“Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov azerisport.az saytına müsahibəsində komandadan mümkün gedişi və ölkə çempionatında yaranmış vəziyyət haqda danışıb.
 
- Sumqayıtı tərk etməyə hazırlaşırsınız?
- Yox. Dünən mən axşam məşqində iştirak etmişəm. Bu gün 17:30-da məşq var. Ola bilər ki, mənim gedişim yanvar ayına təsadüf etsin. İndi mən ancaq “Neftçi”yə qarşı qarşıdakı oyun haqda düşünürəm.
 
-Yolunuz haradır?
- Hələlik hər hansı məqsədim yoxdur. Dəqiq gedişim fakt deyil. Qala da bilərəm. Qışa qədər lap dəqiq, “Sumqayıt”da oynayacağam.
 
- Hər şey təkliflərdən asılı olacaq?
- Onlar var və nəzərdən keçirmək olar. Ancaq mənim “Sumqayıt”la hələ il yarımlıq müqaviləm var.
 
- Yəqin ki, sonuncu yerdən usanmışınız?
- Bu, kimə xoş gələr? Ancaq məsələ heç bunda da deyil. Özümüz böhrana daşıdığımız komandanı, özümüz də böhrandan çıxara bilərik. Sadəcə, daha iddialı klubda oynamaq istəyirəm.
 
- Sizin gedişinizə qədər komandanı yarış cədvəlinin 10-cu pilləsindən qurtarmağa köməyiniz yetəcək?
- Ümid edirəm ki, hə. Yarış cədvəlindəki vəziyyət görə bütün komanda özündə deyil. Yalnız bu vəziyyətdən çıxmaq haqda düşünürəm. Biz elə də pis oynamırıq. Ancaq elə acı qollar buraxırıq ki...
 
- Qarşıda “Neftçi” ilə oyun var. Nə gözləyirsiniz?
- Vacib oyundur. Bakılılar son oyunda uduzublar. Lap yəqin, qəzəbli olacaqlar. Ancaq öz meydanımızda oynayırıq. Rəqiblə döyüşməyə, oyunu yaxşı nəticə ilə bitirməyə çalışacağıq. İlin sonuna dörd tur qalıb. Bu oyunlarda maksimum xal yığmaq lazımdır ki, fasiləyə yaxşı ovqatda gedək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.