28 noyabr 2013 13:13
15-ci tur: mavi ekranlarda iki canlı oyun
Topaz Premyer Liqasının 15-ci turunun iki oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, növbəti turun “Rəvan” - “Qəbələ” və “Bakı” - “İnter” görüşlərini azarkeşlər canlı izləyə biləcəklər.
Topaz Premyer Liqası, 15-ci tur
29 noyabr (cümə)
“Rəvan” - “Qəbələ”
“Bayıl Arena”, 19:00 (canlı, “İdman Azərbaycan”)
30 noyabr (şənbə)
“Bakı” - “İnter”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00 (canlı, “İdman Azərbaycan”)
