27 noyabr 2013 12:31
Dənizli bu gün Xəzər Lənkəran ilə müqavilə imzalaya bilər
Bu gün İstanbulda Mustafa Dənizli və “Xəzər Lənkəran” arasında müqavilə imzalanacağı ehtimal edilir. Azerisport.az xəbər verir ki, sabah türk mütəxəssisin Lənkərana qayıdacağı gözlənilir.
Denizli komandanı Lənkəranda futbol üzrə Topaz Premyer Liqasının 15-ci turunda AZAL-a qarşı keçiriləcək oyuna hazırlayacaq. Oyun noyabrın 30-da keçiriləcək.
Mustafa Dənizlinin yerli KİV-ə təqdimat mərasiminin AZAL-la Bakıdakı oyundan sonra baş tutacağı gözlənilir.
