27 noyabr 2013 11:44
Berdıyev Abışovun oynamasını istəyir
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov hələ ki “Rubin” komandasının heyəti ilə məşqlərdə iştirak edə bilmir. Azerisport.az xəbər verir ki, Bişkekdə Qırğızıstan yığmasına qarşı keçirilmiş oyunqabağı məşq zamanı ayağını zədələmiş müdafiəçinin ağrıları səngimək bilmir.
Bu səbəbdən Abışovun Avropa Liqasının beşinci turunda Sloveniyanın “Maribor” klubuna qarşı forma geyəcəyi məlum deyil.
Qeyd edək ki, kazanlıların baş məşqçisi Kurban Berdıyev Abışovu ilk dəqiqələrdən meydana buraxmaq istəyir.
