27 noyabr 2013 13:01
"Atletiko" yenə "Land of fire Azerbajan" ilə oynadı (FOTOLAR)
Azerisport.az sizi İspaniyanın “Atletiko” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Zenit”lə qarşılaşmasından (1:1) hazırlanmış fotoreportajla tanış edir. Qeyd edək ki, “Atletiko” bu qarşılaşmaya “Bakı-2015”-in loqosu ilə yox, əvvəlki kimi “Land of fire Azerbaijan” sözləri yazılmış forma ilə çıxıb.
Buna səbəb isə Çempionlar Liqasının reqlamentidi. Məsələ burasındadı ki, klublar iştirak ərizəsini UEFA-ya təqdim etdikdə bu turnirdə hansı formalardan yararlanacağını da öncədən göstərirlər. Madrid klubu öncədən məhz “Land of fire Azerbaijan” reklamı olan formalarını təqdim etdiyindən, ən azı qışa kimi bu loqodan yararlanmağa məcburdu. "Bak-2015" loqolu formaların ÇL-də dübütü çox güman ki, pley-off oyunları zamanı gerçəkləşəcək.
