27 noyabr 2013 18:33
Xəzər Lənkəran ikitərəfli oyun keçirdi
Noyabr ayının 30-da evdə AZAL-ı qonaq edəcək “Xəzər Lənkəran” Lənkərandakı bazasında məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, Covanni Melkiorrenin rəhbərliyi altında hazırlığını sürdürən komanda, bu gün axşam məşqini ikitərəfli oyunla tamamlayıb.
Əvəzedici heyətdən də iki futbolçunun qatıldığı oyun hər biri 30 dəqiqə olmaqla iki hissə davam edib və futbolçular əsasən meydandan taktiki göstərişləri yerinə yetirməyə çalışıblar. Hazırda komandada iki futbolçunun - Ağabala Ramazanov və Uğur Pamukun yüngül zədəsi var və adıçəkilən futbolçular fərdi olaraq məşqlərini davam etdirirlər.
(Klub saytı)
