27 noyabr 2013 18:00

Lukas Mario Horvat: Bakı İnterin nəyə qadir olduğunu bilir

“Bakı”nın yarımmüdafiəçisi Lukas Mario Horvat azerisport.az saytının suallarını cavablayıb.
 
- “Xəzər Lənkəran”a darmadağın etməyiniz “Bakı”ya yarış cədvəlində yüksəlmək imkanı verdi, rəqib isə baş məşqçisiz qaldı.
- Biz bu qələbəyə çox şad olduq. Oyunda bütün tapşırıqları yerinə yetirdik və arzulanan nəticəyə nail olduq.
 
- Demək olarmı ki, siz ilk dövrədə Lənkərandakı 1:2 məğlubiyyətin əvəzini çıxdınız?
- Düşünmürəm ki, belə demək olar. Biz istənilən rəqibə qarşı bir arzu - qələbə qazanmaq istəyi ilə oynayırıq. Hər məğlubiyyətə görə revanş almaq olmaz axı. Onda bu, futbol olmaz.
 
- Ancaq fasiləyə qədər siz rəqibin qaşına yol tapa bilmədiniz.
- Bizim qol vəziyyətlərimiz vardı. Ancaq reallaşdıra bilmirdik.
 
- Aydın görünürdü ki, komandanıza yekun zərbə çatışmır. Bu, nə ilə bağlıdır?
- Bəli, bu, belədir. Ancaq ən əsası, ikinci hisssədə biz səhvimizi düzəldib üç qol vurduq.
 
- Pantiç sizi oyun qurucusu kimi oynadır. “Bakı”nın bütün hücumları sizdən keçir. Ancaq ötən mövsüm siz başqa rolda idiniz.
Pantiçin məni qoyduğu mövqedə özümü rahat hiss edirəm. Burada mən öz istədiyim oyunu göstərə bilirəm. Ancaq hansı mövqedə oynamağımdan asılı olmayaraq, ilk növbədə komandanın uğuru əsasdır.
 
- Qarşıdakı rəqib “Neftçi” ilə yaxşı statistikası olmamasına rəğmən onları məğlub edə edə bildi.
- Biz “İnter”in nəyə qadir olduğunu gördük. Bu komanda həmişə yüksək yerlər üçün mübarizə aparır. Biz öz növbəmizdə bu oyuna yaxşı hazırlaşmağa çalışacağıq.
 
- Hesab edirsiniz ki, qələbə seriyasını davam edib “bankirlər”i məğlub edə biləcəksiniz?
- Onlar yaxşı, güclü komanda olduğunu göstərilər. Ancaq biz öz məqsədimizə can atmalı və qələbə qazanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.