27 noyabr 2013 17:33
Vahid Xəlilhociç: Azərbaycandan heyrətamiz təklif almışam
Futbol üzrə Əlcəzair yığmasının baş məşqçisi Vahid Xəlilhociç bildirib ki, məşqçi karyerasını Ukraynada davam etdirə bilər. Azerisport.az Xəlilhociçin fikirlərini diqqətinizə çatdırır:
“Mən Ukrayna, Rusiya, Türkiyə və Azərbaycandan təkliflər almışam. Düşünürəm ki, son təklif heyrətamiz idi. Ancaq maliyyə tərəfi mənim üçün bir o qədər də vacib deyil. Hazırda idman tərəfi mənim üçün daha vacibdir. Mən titullar qazanmaq istəyirəm”.
(Sports.ru)
