27 noyabr 2013 16:20

Vəli Qasımov: Lənkəranda məşqçilərə normal işləməyə imkan verməyən kimsə var

Azerisport.az Azərbaycan futbolunun veteranı Vəli Qasımovun saytımıza verdiyi müsahibəni diqqətinizə çatdırır.
 
- Veteranlar arasında oyunu nəzərə almasaq, siz son vaxtlar görünmürsünüz.
- Nə etməli? Hələ ki, ancaq oynamaq qalır. Qaçıram, özüm üçün məşq edirəm. Hələ ki, heç yerə çağırmırlar. Variantlar çox, bunlardan fayda isə azdır.
 
- Çempionat oyunlarına gedirsiniz?
- Bilet tapa bilmirəm (gülür). Ciddiyə qalanda, tez-tez televiziya ilə baxıram.
 
- Xoşunuza gəlir?
- Pis deyil. Mübarizə çoxalıb. Mütləq qabardılmış favorit yoxdur. Liderlərə sabitlik çatmır. İki-üç komanda birtəhər fərqlənir.
 
- Sizcə kim qızıl medalları qazanacaq?
- Bu haqda danışmaq tezdir. “Neftçi” və “Qarabağ” daha sabit görünür. Hər şey dəyişə bilər. Axı “Rəvan” “Qarabağ” qarşısında 90 dəqiqə tab gətirdi.
 
- “İnter” - “Neftçi” oyunu qalmaqalla başa çatdı. Qonaqları günahlandırırlar. Bu, “neftçilər”in ilk dəfəsi deyil. Tendensiyadır?
- Məğlub olmağı sevmirlər. Bunlar qəribə görünür. Hər məğlubiyyətdən sonra oyunçular arasında dava və azarkeşlərlə problemlər. Bu, bizim futbola yaraşmır. Buna görə adamlar stadiona getməkdənsə, futbola evdə baxmağa üstünlük verir. Qoy sonra deməsinlər ki, niyə bizim oyunlara az tamaşaçı gəlir.
 
- Digər klubların fəalları bakılıları günahlandırır ki, məğlubiyyətə təcavüzkar, inkaredici münasibət komandadan qaynaqlanır...
- Daha doğrusu, hazırda orada işləyən adamlardan. Düşünürlər ki, həmişə qalib gəlməlidirlər.
 
- Türkiyədə azarkeşlər “Mustafa Denizli, şampiyon yap bizi”, qışqırmağı sevirdilər. Komandanın yenin baş məşqçisi bu mövsüm də olmasa, gələn mövsüm “Xəzər Lənkəran”ı çempion edə bilər?
- Nə qədər yaxşı məşqçi olmasına rəğmən, Lənkəranda işləmək həmişə çətin olub. Bəzən orada anlaşılma şeylər baş verir. “Xəzər Lənkəran” azarkeşlərindən biri mənə dedi ki, guya maneə klubun özündədir. Guya orda məşqçilərə normal işləmək imkanı verməyən kimsə var. Bilmirəm bu belədir, ya yox. Ancaq çox təəssüf ki, belə stadion və azarkeşlərlə komanda uğur qazana bilmir.
 
- Siz də “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo kimi hesab edirsiniz ki, hakimlər texnikalı oyunçuları qorumalıdır?
- İlk növbədə braziliyalı özü rəqib oyunçulara hörmət etməli, onların üzünə vurmamalıdır. Yaxşı oyunçuları qorumaq lazımdır. Ancaq o, özünü yaxşı futbolçu hesab edirsə, bunu meydanda göstərməlidir. Əgər Flavinyo Braziliya yığmasında oynasa idi, onu qorumaq olardı. Hakim Flavinyonu meydandan qovmaqla düz etdi. Əllə zərbəyə görə, düşünməmiş qırmızı vərəqə göstərmək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.