27 noyabr 2013 16:05

Elxan Məmmədov Arsenal futbol məktəbinin rəsmisi ilə görüşüb (FOTO)

Futbol İdarəçiliyi Təlim Proqramı ilə əlaqədar İngiltərədə səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov Londonun "Arsenal" klubunun futbol məktəbinin meneceri Ross Metherellə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə AFFA və "Arsenal" klubunun Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı birgə fəaliyyətinin perspektivləri müzakirə olunub.
 
İlkin olaraq razılıq əldə edilib ki, 2014-cü ilin yay aylarında Bakıda "Arsenal" klubunun Yay Futbol Məktəbinin toplanışı təşkil olunsun və AFFA-nın təşkil etdiyi liqalarda yüksək yerləri tutmuş komandaların üzvləri həmin təlim prosesində iştirak etsin. Toplanışda həmyaşıdlarından daha yaxşı göstəricələrə nail olmuş uşaqların Londona gedərək "Arsenal" klubunun bazasında hazırlıq keçməsi nəzərdə tutulub.
 
Xatırladaq ki, bu il AFFA və Bakcell şirkətinin birgə layihəsi əsasında Bakıda "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbinin toplanışı təşkil olunub və İngiltərədən gəlmiş məşqçilərin seçimi əsasında 6 uşaq Mançester şəhərinə gedərək "Mançester Yunayted" FK-nın Yay Futbol Məktəbində təlimlərdə iştirak edib.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.